Turizm sənayesi işçiləri ölkə başçısına təşəkkür edib

Turizm sənayesi işçiləri ölkə başçısına təşəkkür edib

Ölkəmizin turizm ictimaiyyəti 2016-cı il tarixdə imzaladığınız "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" və "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında" sərəncamları böyük ruh yüksəkliyi və məmnunluq hissi ilə qarşılanıb. Bununla bağlı Turizm sənayesi işçiləri ölkə başçısına təşəkkür ünvanlayıb.

SİA həmin təşəkkür məktubunu təqdim edir:

Cənab Prezident!

İmzaladığınız son sərəncamların icrası ölkəmizdə turizm sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin olmaqla yanaşı, Azərbaycanı dünya turizm bazarında yerini möhkəmlədəcək, milli turizm kompleksinin rəqabətə davamlılığını daha da yüksəldəcəkdir. Bu yolda ölkəmizin turizm ictimaiyyəti olaraq biz də səylərimizi əsirgəməyəcəyik.

Fürsətdən istifadə edərək, 27 sentyabr Dünya Turizm Gününün Azərbaycan Respublikasında da "Turizm işçiləri günü" peşə bayramı elan etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildirir və bu diqqət və qayğıya hər zaman əməli işimizlə layiq olmağa çalışacağımızı bildiririk.

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm Assosiasiyası

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Birliyi

Kənd Yaşıl Turizminə Dəstək İctimai Birliyi

Bütün xəbərlər Facebook səhifəmizdə