Bakıda caz musiqisi axşamı təşkil olunacaq

Bakıda caz musiqisi axşamı təşkil olunacaq

Heydər Əliyev Sarayında caz musiqisi həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, "jAzzeri Bands" caz musiqisi axşamında tanınmış və istedadlı gənc caz ifaçıları iştirak edəcəklər. Konsertdə Azərbaycan caz musiqisi ilə yanaşı, dünya caz musiqi nömrələrinə də müraciət olunacaq.

Qeyd edək ki, konsert proqramı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə