"Mədəniyyət.AZ" jurnalı növbəti iyul sayı işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, jurnalda Mədəniyyət və Turizm Nazirliyinin ay ərzində həyata keçirdiyi layihələr, görüşlər haqqında rəsmi gündəmə nəzər salınıb. Bunlar Nazirliyin rəsmi həyatının-xalqımızın və dövlətimizin həyata keçirdiyi və artıq tarixə dönən məqamlarıdır. Bu layihələr içərisində 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar həm Nazirliyin, həm də başqa qurumların əhəmiyyətli tədbirləri öz əksini tapıb.
Teatrlarımız, muzeylərimiz, sənətkarlarımız, musiqi irsimiz, kino və milli rəngkarlığımızın tarixi, vətənimizin Vəli Axundov, Elbəy Rzaquliyev kimi dövlət, elm və sənət xadimləri, başqa önəmli simaları, sənətkarlarımızın ölkəmizdə və beynəlxalq arenada qazandığı uğurları, ölkəmizin turizm potensialı haqqında məqalələr yer alıb.
"Daşın daş, insanın qan yaddaşı", " Ağ ban evlərin həsrəti", "Ölmək yaşamaqdır", "Qafqaz caz - 2016" festivalının əks-sədası, "İnsanın keçə biləcəyi ən şərəfli yol", "Ölülər dirildi , sayalı olsun", "Səhnənin sehrində", "Qoqolun qərarı və yaxud "Müfəttişi Bakıda necə qarşıladılar", "Sakitə Ülvi elə dünya arzulayır ki", "Türkün ortaq dili – naxışlar", "Hələ də öyrənilən Cəfər", "Arxeologiya elmi rəssam təxəyyülündə", "Fəlsəfə və musiqi vektoru", "Folklor aşiqi", "Amsterdam Bakıda", "Açıq kitabxana aurası", "Məxməri ünsiyyətin "məxməri axşamları" - bu kimi kulturaloji, humanitar və sənət mövzuları Mədəniyyət.AZ jurnalının bu sayında yer alan müəllif zəhmətidir.
Paytaxtımızda keçirilən "Dolma Festivalı" ləzzəti, "Şirin-şəkər Şəki"dəki şirniyyat festivalı dadı, "Jara" musiqi festivalı yüksək emosional ovqatı səhifələrimizdən oxucunun əhvalına sirayət edir və bir çox mədəni hadisələrin ən maraqlı məqamları bu sayımızın məzmun deserti kimi baxılır.
Jurnalın bu sayında da elmi konsepsiyası dəyişməz olaraq qalır və yeni araşdırma yazıları ilə öz ənənəvi məzmununa qovuşur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB