Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb. Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş olunub.
"Rast. Niyazi" sənədli filminin rejissoru Nonna Müzəffərovanın muzeyə hədiyyə etdiyi, kinoarxiv fonduna məxsus sənədli filmlərdən toplanmış tarixi kadrlardan ibarət videoçarx nümayiş olunub. Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının tələbəsi Fuad Əlizadə Niyazinin repertuarına daxil olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış edib.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB