“Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” FOTOLAR - VİDEO
"Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda müsabiqənin qaliblərinin təqdim mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mədəniyyət sektorunun təmsilşiləri iştirak ediblər.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Əflatun Amaşov mədəniyyət və turizm sahəsində mühim olan məsələləri diqqətə çatdırıb: "Mədəniyyət və Turizm Nazirliyi ilə ilk müsabiqə deyil birgə təşkil edirik. Turizm və media mövzusu olduqca aktualdır. Türizm bütün ölkələrdə inkişaf etdiyi kimi Azərbaycanda da kifayət qədər öndədir. Bu sahəsində baş verən hadisələri layiqincə işiqlandırmaq mətbuatın üzərinə düşür. Turizm sahəsində görülən işləri KİV ictimaiyyətə çatdırmalıdır. Azərbaycanın turzimi ilə bağlı bir neçə xarici mətbuatda məqalələr dərc olunub. Azərbaycan turizmi inkişaf etdikcə xeyli sayda turist cəlb edə biləcəyik".
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistləri təbrik edib: "Bildiyiniz kimi Azərbaycan Milli Mətbuatının yaranma günü yaxınlaşır. Bununla bağlı hər bir jurnalisti təbrik edirəm. Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlər hər zaman diqqət mərkəzində olub. Diqqətimizdən qaçdığımız mıqamlar siz jurnalistlərin vasitəsi ilə bizlərə çatdırılıb. Nəzərinizə çatdırım ki, internet saytlarında 2015-ci ildə 800 xəbər, 2016-cı ildə 1642 xəbər dərc olunub. Onu da qeyd edim ki, Azərbaycanda beynəlxalq tədbirlərin əhəmiyyəti böyükdür. Bura turistlər cəlb edə bilirik. Məni narahat edən bir məsələ var. Belə ki, bəzi xəbər saytlarında Gürcüstanı cənnət, Azərbaycanı isə cəhənnəm kimi qələmə verirlər. Azərbaycanı sözügedən ölkə ilə müqayisə etmək olduqca yalnışdır. Azərbaycanın nefti var. Gürcüstandan fərqli olaraq Azərbaycanın turizm sektoru öz gücü sayəsində müasirləşib, inkişaf edib. Bundan başqa hazırda 13 rayonumuzda 11 mehmanxana, 10 otel, 1 kartej tikilir. KİV nümayəndələri öz ölkəmizi təbliğ etməlidir".
Jurnalistləri narahat edən mehmanxanalardakı qiymət məsələsinə toxunan nazir: "Hər zaman media nümayəndələri mənə sual verirlər ki, "niyə otellərdə qiymətlər yüksəkdir"? Amma bilin ki, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: "Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik. Bazar iqtisadiyyatına gəldikdə isə Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır. Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın", - deyə bildirib.
Mərasimin sonunda qaliblər mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB