Azərbaycan İstiqlal Muzeyi "Torpaq uğrunda ölən varsa Vətəndir!" layihəsi çərçivəsində Milli Qvardiyada tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzey "Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı aksiyaya start verib. Bu aksiya çərçivəsində Azərbaycan İstiqlal Muzeyi 60, 13, 27, 163 saylı və digər məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların və onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.
Tədbirdə Milli Qvardiyanın şəxsi iş üzrə bölməsinin rəisi Faiq Abuşov, Milli Qəhrəman Vahid Quliyev, Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Elşən Uluxanlı çıxış edərək, Milli Qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan, güclü Azərbaycan Ordusundan danışıblar.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları, Milli Qvardiyanın şəxsi heyəti, Milli Qəhrəman Bəxtiyar Allahverdiyev, Respublika Milli Qəhrəmanlar Birliyinin Xəzər rayon şöbəsinin sədri Elçin Əzimov iştirak edilbər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB