Müzəffər Ağakərimov: "Hər şey daxil”dir sistemi ləğv olunsa, uğurlu addım olmaz" AÇIQLAMA

Müzəffər Ağakərimov: "Hər şey daxil”dir sistemi ləğv olunsa, uğurlu addım olmaz" AÇIQLAMA

Türkiyə otelləri ölkəni bütün dünyada məşhurlaşdırmış "hər şey daxil"dir sistemini ləğv etməyə hazırlaşırlar. Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının rəhbəri Başaran Ulusoy otelləri "hər şey daxildir" sistemini tədricən ləğv etməyə çağırıb. Buna səbəb kimi türk otellərinin gəlirlərinin azalmasını göstərib.

"Hər şey daxil"dir sistemi Türkiyə otellərində istirahət edən Azərbaycan turistlərinə necə təsir edəcək və Türkiyə turizmində turistlərin azalmasına səbəb olacaqmı? suallarına cavab tapmaq üçün Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimovla əlaqə saxladıq. SİA-ya açıqlama verən sədr müavini sistemin ləğv olunmasının tərəfdarı olmadığını bildirdi:"Artıq 15 ildir ki, Türkiyədə "hər şey daxil"dir sitemi mövcuddur. Fikrimcə, bu sistem ləğv oluna bilməz. Çünki "hər şey daxil"dir sitemi Türkiyə otellərində istirahət edən azərbaycanlı turistlərə eyni zamanda digər ölkələrin vədaşlarına olduqca sərfəlidir. Turistlər qardaş ölkəndə fəaliyyət göstərən otellərin bu sistemindən faydalanır. Əgər "hər şey daxil"dir sistemi ləğv olunarsa, uğurlu addım olmaz. Amma hazırda Türkiyə baş verən hadisələr ürək açıcı olmadığı üçün iqtisadi çətinlik var. Hər halda sözügedən sistemi tətbiq edərək, maddi durumu bərpa etməyə çalışırlar. Düşünürəm ki, iqtisadi məsələlər qardaş ölkədə zamanla həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə