Bakıda Beynəlxalq Teatr konfransı keçiriləcək

Bakıda Beynəlxalq Teatr konfransı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, noyabrın 7-8-də olacaq konfrans "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək.

Beynəlxalq teatr konfransının əsas məqsədi dünyanın hər yerindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır. Builki konfransın əsas mövzusu "Multikulturalizm və teatr" olacaq. Konfransın işçi dilləri ingilis, rus və Azərbaycan dilləridir. Noyabrın 6-da və 9-da isə beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər keçiriləcək.

Qeyd edək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının saytında (http://stdrf.ru/news/974/) da IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında məlumat yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə