“999-cu gecə” tamaşası nümayiş olundu

“999-cu gecə” tamaşası nümayiş olundu

Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Min bir gecə" nağıllarının motivləri əsasında "999-cu gecə" tamaşasının premyerası olub. SİA-nın verdiyi xəbərə görə, tamaşanın süjet xətti çəkməçi Maruf ilə onun məkrli xanımı Fatimənin ixtilafları üzərində qurulub. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Gözlənilməz hadisələrlə zəngin tamaşada maraqlı təsir bağışlayan dekorasiyadan istifadə olunub. İki mərtəbədən ibarət dekorasiyanın hər mərtəbəsinin rəmzi adı var.

Qeyd edək ki, tamaşanın musiqi müşayiətində böyük Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Fikrət Əmirovun "Min bir gecə" baletindən fraqmentlərdən istifadə olunub. Yeni səhnə əsərinin dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri əməkdar artist Vaqif Məstənov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Gültac Əlili, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və başqaları ifa ediblər.

Tamaşa böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə