Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, iyulun 1-də festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək.
Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB