"ÜNS" Yaradıcılıq Səhnəsində Rusiyanın əməkdar incəsənət xadimi, Ukraynanın və Rusiyanın xalq artisti Roman Viktyuk ilə görüş olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət, incəsənət, elm və təhsil nümayəndələri iştirak ediblər.
Tanınmış teatr rejissoru yaradıcılıq bioqrafiyasının maraqlı xatirələrini tamaşaçılarla bölüşüb, gecəyə qatılan insanlarla səmimi ünsiyyətdə olub, onların suallarını cavablandırıb.
Tədbirdə Roman Viktyukun yaradıcılığından bəhs edən video-fraqmentlər nümayiş olunub.
Roman Viktyukun Daniil Harmsın povesti əsasında "Qarı" monotamaşasındakı möhtəşəm aktyorluq məharəti tamaşaçılar üçün sürpriz olub.
Gecənin sonunda Roman Viktyuk Azərbaycan a növbəti dəfə gəlmək və öz sənətini bakılılara təqdim etmək fürsəti əldə etdiyinə görə, "ÜNS" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib.
Tədbir Roman Viktyukun teatrının aktyoru İqor Nevedovun improvizə edilmiş çıxışı ilə başa çatıb. O, sonda Sergey Yeseninin "Əlvida, Bakı!" şerini səsləndirib.


.jpg)


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB