Türk Şurasına üzv ölkələrin turizm üzrə işçi qrupunun Bakıda keçirilən 8-ci iclası zamanı marşrutun proqramı, veb-səhifənin yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 5-7-də Qırğızıstanın Çolpan-Ata şəhərində keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin turizm üzrə işçi qrupunun 9-cu iclasında və turizm nazirlərinin 3-cü görüşündə layihə ilə bağlı məsələlər üzrə müzakirələr davam etdiriləcək.
Qeyd olunan tədbir çərçivəsində "Müasir İpək Yolu" layihəsinin birgə icrası üçün üzv ölkələrinin bu layihə üzrə tərəfdaşlıq edən turizm şirkətlərindən ibarət Konsorsiumun yaradılması məqsədilə Memorandumun imzalanması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyədən keçəcək "Müasir İpək Yolu" mədəni turizm marşrutu çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, eləcə də adət-ənənələri və digər turizm potensialını əhatə edəcək zəngin tur proqramlar təklif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB