Biləsuvarda ustad dərsləri keçirilib FOTOLAR

Biləsuvarda ustad dərsləri keçirilib FOTOLAR

Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər, kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Neftçala və Salyan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, qarmon, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri təşkil edilib.

Ustad dərslərini Bakı şəhər R.Behbudov adına 2, 11, R.Hacıyev adına 15, G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəblərinin təcrübəli müəllimləri aparıblar. Ustad dərslərində 200 nəfərdən çox müəllim iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə