Seyid Cəfər Pişəvərinin "Nadirə" romanı Azərbaycan dilinə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, romanı fars dilindən Yədulla Kənani tərcümə edib.
Bildirilib ki, S.C.Pişəvərinin fars dilində yazdığı iki böyük həcmli ədəbi əsərindən biri olan "Nadirə" romanı XX əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətinin Nadirə adlı bir qadının dili ilə nəql edilməsi üzərində qurulub.
Nadirə obrazı o dövrdə ziyalı qadınların birinin simasını canlandırır. Nadirə bir tacir ailəsində dünyaya göz açmasına baxmayaraq, heç bir hüquqa malik deyil.
Əsər həm Şərq, həm də Avropa romanları üslubunda yazılıb. Romanda XX əsrin əvvəllərində İranın sosial-siyasi mühitində baş verən hadisələr, xüsusilə I Dünya müharibəsinin törətdiyi faciələrin bir qismi bədii lövhələrlə oxucuya təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB