Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında və Ə.Əmirov adına Mədəniyyət Evində Azərbaycan-Gürcüstan "Dostluq körpüsü" adlı konsert keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər iki tədbir H. Abbasov adına Mədəniyyət Evinin dəstəyi ilə təşkil edilib.
Dost ölkəni paytaxtımızda "Lileo", müasir və bal rəqsləri studiyası "Mozaika", uşaq vokal studiyası "Bzikebis studiya", gürcü xalq rəqslərinin uşaq xoreoqrafiya ansamblı "Liaxvi" kollektivləri, "Rtoni","Mermisi", "Lazieri","Binuli", "Orioni" rəqs kollektivləri və ansamblları təmsil ediblər.
Tədbir zamanı "Azərbaycan qartalları"-"Rəngahəngi", "Qazaxı", "Lalələr" rəqs kollektivi-"Vağzalı", "Yallı" və 4 nömrəli uşaq incənəsət məktəbinin "Leyla" rəqs kollektivinin "Qarabağ inciləri", "Şən Azərbaycan" rəqs nömrələri, "Gülən notlar" pop uşaq qrupu, "İdeal" rəqs kollektivi, "Meqas" qrupu, M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblı, "AS" qrupunun çıxışları tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan "Dostluq körpüsü"konsert proqramında iştirak edən qardaş ölkələrin bütün kollektivləri diplom və hədiyyələrlə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB