İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda İran filmləri həftəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, kino həftəsinin açılış mərasimi mayın 14-də Nizami Kino Mərkəzində baş tutacaq.
İran filmləri həftəsi çərçivəsində Mərkəzdə mayın 14-dən 17-dək müvafiq olaraq, "143-cü çuxur", "Bir dişləm qənd", "Bu gün", "Nəqqaşlıq hovuzu" filmləri nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB