İyunun 4-də Səməd Vurğun adına Rus Dram Teatrında ingilis dramaturqu Noel Kauardın eyniadlı əsəri əsasında "Bliss ailəsi" tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşa Azərbaycanın əməkdar artisti Rita Əmirbəyovanın yubileyi münasibətilə hazırlanır.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbayxanın xalq artisti Aleksandr Şarovskiy, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Eksentrik komediyada baş rolları Azərbaycanın xalq artisti Fuad Poladov və əməkdar artist Rita Əmirbəyova ifa edəcəklər.
Tamaşada həmçinin, Natavan Hacıyeva, Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov, Mədinə Mullayeva rol alacaqlar.
Qeyd edək ki, səhnə əsəri özünün və ailəsinin həyatını teatr tamaşasına çevirən keçmiş aktrisanın taleyindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə