Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Omarov Nəzir Osman oğlu qəflətən vəfat edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, N.Omarov 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. O, 1987-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Əmək fəaliyyətinə musiqi məktəbində müəllim kimi başlayan N.Omarov Qax rayon Qaxmuğal kənd mədəniyyət evinin direktoru, Qax rayon mədəniyyət evinin bədii rəhbəri, direktoru vəzifələrində işləyib.
N.Omarov 1994-cü ildən 2006-cı ilədək Qax rayon Mədəniyyət Şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun uzunmüddətli və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə