İŞİD Qruplaşmasının Suriyaya hücumu nəticəsində Palmiradan oğurlanmış tarixi abidələrin sayını təyin etmək mümkün deyil. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda "Ümumdünya İrs" Mərkəzinin direktoru Nadejda Filatova məlumat verib.
Onun sözlərinə görə, bu tarixi məkandan oğurlanmış, qənimət kimi götürülmüş abidələrin sayını və yerini təyin etmək üçün bütün ölkələr öz gücünü birləşdirməlidir. Çünki həmin abidələr başqa ölkələrə satıla da bilər.
Qeyd edək ki, Palmiranın xarabalıqları Suriyada YUNESKO-nun "Ümumdünya İrs" siyahısına düşən altı məkandan biridir. Şəhər 2015-c ilin may ayından etibarən, terrorçuların nəzarəti altında idi. Yalnız 2016-ci il 27 mart tarixində Suriya qoşunları Palmiranı işğaldan azad etməyə müvəffəq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB