"Beynəlxalq Rəqs Günü" qeyd olunacaq

29 aprel-"Beynəlxalq Rəqs Günü" münasibətilə, Azərbaycan Milli İncəsənət Muzeyində konsert proqramı keçiriləcək. Muzeydən SİA-ya verilən xəbərə görə, tədbirdə T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayı və "Günəş" Tədris Mərkəzinin rəqs ansamblının üzvləri "Bayram süitası", "İgidlər", "Ritm", "Yallı" rəqslərini, həmçinin, hind və latın rəqs nümunələri ilə çıxış edəcəklər.

Tədbir aprelin 28-də keçiriləcək.

Qeyd edək ki, bu əlamətdar gün 1982-ci ildə UNESCO-nun qərarı ilə müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jan Jorj Noverin xatirəsinə ehtiram olaraq, təsis olunub. Bu günün təsisçilərinin fikrincə, bayramın əsas ideyası bütün rəqs cərəyanlarını incəsənət bayrağı altında birləşdirməkdir. Ən önəmlisi, rəqsin bütün siyasi, mədəni və etnik sərhədləri aşdığını, insanları dostluq və barış naminə birləşdirdiyini, onları eyni dildə - rəqsin dilində danışmağa səslədiyini vurğulamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə