Xarici professorlar ustad dərslərinə başlayıb

Xarici professorlar ustad dərslərinə başlayıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc musiqiçilər üçün ödənişsiz ustad dərsləri keçirilir. Akademiyadan SİA-ya verilən xəbərə görə, dərslərdə tələbələr ən yaxşı orkestrlərin əsas ifaçıları və məşhur professorlar Pol Kortez (viola ifaçısı, Filadelfiya simfonik orkestri, Barselona Liseo opera teatrı) və Dan Cenkins (trombon ifaçısı, BBC simfonik orkestri) ilə işləmək şansı qazanacaq, onlarla birgə orkestrlə çalışmağın sirlərini öyrənəcəklər.

Qeyd edək ki, ustad dərsləri aprelin 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə