Dünya ölkələrinin mədəniyyət və turizm nazirləri Bakıya gəlir

Dünya ölkələrinin mədəniyyət və turizm nazirləri Bakıya gəlir

25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün bir sıra ölkələrin mədəniyyət və turizm nazirləri paytaxtımızın qonağı olacaq. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekovun ölkəmizə səfəri gözlənilir.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə