Qətər və Küveytin baş nazirinin müavinləri Bakıya səfər edəcək

Qətər və Küveytin baş nazirinin müavinləri Bakıya səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Qətər Dövlətinin Baş nazirinin müavini Əhməd bin Abdallah Əl-Mahmud və Küveyt Dövləti Baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah Bakıya səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ümumilikdə, üç gün müddətində yüksək rəsmilərin toplantısı və 30-a yaxın sessiya keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə