1983-cü ildən etibarən, 18 aprel tarixi "Beynəlxalq abidələr və tarixi yerlər" günü kimi qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, hər il bu tarix Azərbaycanda da geniş şəkildə keçirilir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq, 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunub.
Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar.
Məhz bu baxımdan, 18 aprel saat 17.00-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkəmizdə "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunda yaşayan milli azlıqlara məxsus festival keçiriləcək. Festivalda ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.
Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu vurğulamaq və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB