Pan Ki Mun ölkəmizin qonağı olacaq

25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün BMT-nin Baş Katibi Pan Ki Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasser Abdul Aziz Al Nasser Bakıya səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, ümumilikdə, 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, sözegedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə