Rusiyada “Müsəlman mədəniyyəti günləri” keçiriləcək

Sankt-Peterburqda "Müsəlman mədəniyyəti günləri" qeyd olunacaq. SİA-nın Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu haqda Rusiya Müftilər Şurası məlumat verib. Bildirilib ki, mədəniyyət günləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunub. Bununla, 300 illik tarixi olan Sankt-Peterburqda ilk dəfədir ki, İslam tarixinin və mədəniyyətinin tanıdılmasına yer ayrılıb.

Silsilə tədbirlər çərçivəsində İslam dini ilə bağlı sərgilər, konfranslar, müsabiqələrin keçirilməsi, həmçinin, İran rejissoru Məcid Məcidinin "Məhəmməd-Allahın elçisi" filminin nümayişi planlaşdırılır.

Qeyd edək ki, "Müsəlman mədəniyyəti günləri" 27 apreldən 6 may tarixinə kimi davam edəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə