Aktyorun nəvəsinin ölümündə günahlandırdığı həkim danışdı AÇIQLAMA

Əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilə Rəhmanovanın iki gün bundan əvvəl dünyaya gəlmiş övladı vəfat edib.
Bu haqda SİA-ya açıqlama verən aktyor nəvəsinin ölümündə həkimi günahlandırıb: "Qızım da, körpə də hələ doğulmamışdan öncə həkimlərin nəzarəti altında idi. Belə məsləhət görülmüşdü ki, doğuş keysəriyyə yolu ilə aparılsın. Amma nəyə görə isə normal doğum olub. Nəticədə, normal çəkidə uşaq dünyaya gəldi. Lakin şüşə aparatın içində saxlamalı oldular. İki gün sonra isə ölüm xəbəri verildi. Nəvəmin rəhmətə getməyində həkimləri günahkar bilirəm. Hadisədən sonra həkimi görməmişəm. Elə xəstəxanaları və həkimləri nəzarətdə saxlamaq lazımdır. Çünki xəstəxananın nə şəraiti, nə də lazımi tibbi ləvazimatı var".

Hadisə ilə əlaqədar, qarşı tərəflə-doğuş prosesini aparan xəstəxananın həkimi Əzizə xanımla əlaqə yaratdıq. O, doğuş zamanı heç bir qüsura yol vermədiyini bildirib: "Xəstənin ağlı-başında idi. O, doğuş zamanı mənim yanlış etmədiyimi bilir. Həm Rəhman Rəhmanov bu prosesdə orada deyildi. Xəstənin yanında onun qohumu var idi. Ona görə də, Rəhman Rəhmanov bununla bağlı heç bir səbəb gətirə bilməz".

Bayramova Kubra

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...