Filarmoniyada əskərlərimizə dəstək məqsədilə görüş keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında son günlər cəbhə bölgəsində baş vermiş hadisələr haqqında görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşün əvvəlində Vətən uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə çıxış edərək, cəbhə bölgəsində baş vermiş nailiyyətlər barəsində danışıb, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qurur duyduqlarını bildirib.

Qeyd edək ki, görüşdə iştirak edən Filarmoniyanın kollektivlərinin bədii rəhbərləri, xalq artistləri Rauf Abdullayev, Teymur Göyçayev, Ağaverdi Paşayev, Gülbacı İmanova çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...