Rəssamlıq fakültəsi tələbələrinin sərgisi açılıb FOTOLAR

Rəssamlıq fakültəsi tələbələrinin sərgisi açılıb FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsi tələbələrinin sərgisi açılıb. ADMİU-dan SİA-ya verilən xəbərə görə, sərgidə universitetin müxtəlif kurslarda təhsil alan 50-dən çox bakalavr və magistrinin 150-dək işi nümayiş olunub.

Sərginin açılış mərasimində ADMİU-nun rektoru Fərəh Əliyeva, xalq rəssamı Ağəli İbrahimov və başqaları istedadlı gənclərin üzə çıxarılmasında və ictimaiyyətə təqdim olunmasında tədbirin əhəmiyyətini qeyd ediblər. Tələbələri təbrik edən natiqlər gələcəkdə bu cür sərgilərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, qrafik işlər, kağız üzərində şəbəkə üslubu ilə kəsilən maketlər və digər əsərlər yer alıb. Fərqlənən tələbələrə diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə