Hüseyn xan Naxçıvanskiyə abidə qoyulması planlaşdırılır AÇIQLAMA-FOTOLAR
Sankt-Peterburqda "Azərbaycan əsilli rus generalı" Hüseyn xan Naxçıvanskiyə abidə qoyulması planlaşdırılır. Bu haqda layihənin təşəbbüskarı, memar-heykəltəraş Əliövsət Mövsümov SİA-ya açıqlama verib.
O, qeyd edib ki, Hüseyn xan Naxçıvanski Rusiya imperator ordusunda xidmət edən yeganə müsəlman general-adyutant olub: "Bu təşəbbüslə bağlı Sankt-Peterburqun qubernatoru Q.Poltavçenkoya yazılı müraciət olunub. 2015-ci il 13 noyabrda verilən qərara əsasən, Sankt-Peterburqun meydanlarından birində generalın şərəfinə abidə ucaldılmasının icazəsi verilib. Hal-hazırda layihənin gerçəkləşdirilməsi məqsədilə tələb olunan maddi vəsaiti əldə etmək üçün yerli aidiyyatı orqanlara müraciət olunub.
Hesab edirəm ki, müharibə şəraitində yaşayan ölkəmiz üçün hərbi gücümüzün tarixindən xəbər verən bu abidənin ucaldılması, böyük təbliğati əhəmiyyətə malikdir. Buna görə də, maliyyə probleminin həll olunmasına ehtiyac duyulur".
Qeyd edək ki, Hüseyn xan 1863-cü il iyulun 28-də general-mayor Kəlbalı xanın ailəsində dünyaya gəlib. O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsidir. 1876-cı ildə Kəlbalı xan oğlunu Peterburqdakı Paj korpusuna oxumağa göndərir. Bu qapalı hərbi məktəbdə adlı-sanlı zadəgan balaları oxuya bilirdi. Onları daha sonra qvardiyada xidmətə göndərirdilər. O, 1883-cü ildə Hüseyn xan II Aleksandrın himayəsində olan korpus məktəbini əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda xidmət edir, 5 il sonra podporuçik, 1898-ci ilədək də eskadron komandiri, rotmistr olur.
Hüseyn xan çarın süvari qoşunundan sonra Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində xidmət edir. Ad-san qazanır. Artıq rus-yapon müharibəsi başlanana qədər o, İranın "Şire-Xorşid" ordeninin ikinci və üçüncü dərəcəsi (bahalı almazla bəzədilmiş) və zabitlərə məxsus "Rumın Ulduzu" ilə mükafatlandırılıb. Digər mükafatları sırasında Avstriyanın "Dəmir xaç", birinci, ikinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav", dördüncü dərəcəli "Müqəddəs Aleksandr", birinci dərəcəli "Müqəddəs Anna" və digər ordenlərin adını çəkmək olar.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB