Naxçıvanın məktəbliləri muzeylərlə tanış olublar FOTOLAR

Naxçıvanın məktəbliləri muzeylərlə tanış olublar FOTOLAR

"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan şəhərinin məktəbliləri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar. SİA-nın verdiyi xəbərə görə, şagirdlərə muzeyin tarixi, fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid çox dəyərli eksponatlar haqqında ətraflı məlumatlar verilib.

Muzeydə məktəblilər ekspozisiyalar və eksponatlarla yaxından tanış olublar.

Sonra şagirdlər Azərbaycan Milli İncəsənət Muzeyinə gəliblər. Muzeyin tarixi və fəaliyyəti barədə məlumat verilərək qeyd olunub ki, müəssisə müstəqil muzey kimi 1936-cı ildə təşkil olunub. Burada orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid olan eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş etdirilir.

Müəssisədə həmçinin, görkəmli İtaliya, alman, rus rəssamlarının portret, mənzərə və digər janrlarda yaratdıqları incəsənət nümunələri var.

Məktəblilər burada nümayiş etdirilən incəsənət nümunələri, rəsm əsərləri ilə tanış olublar. Bu tanışlıq onların tariximiz, mədəniyyətimizlə bağlı təəssüratlarını xeyli zənginləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə