Azərbaycan Dövlət Filarmoniyasında "Zamanla üz-üzə" IV müasir musiqi layihəsinin növbəti konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orekstrinin ifasında Jozef Haydnın 45№li Vida simfoniyası və Alfred Şnitkenin "Bir saylı simfoniyası" səslənib. Orkestrə Fuad İbrahimov dirijorluq edib.
Bəstələnmə tarixləri arasında təxminən, iki yüz il fərq olan bu iki əsərin arasında qəribə bir ruh yaxınlığı duyulub. Orkеstrin ilhamlı ifası isə bəstəkarların ifadə etdikləri duyğuları dinləyicilərə tam dolğunluğu ilə çatdırıb.
Qeyd edək ki, bu, post-avanqard cərəyanına aid edilən musiqi əsərlərinin ifası üçün yaradılmış "Zamanla üz-üzə" IV müasir musiqi layihəsininin builki sənət mövsümündəki ikinci konserti idi. Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin rəhbəri olduğu layihənin növbəti bahar konsertləri aprel ayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB