Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dördüncü kurs tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini oynayıblar.
Fonddan SİA-ya verilən xəbərə görə, tamaşadan əvvəl ADPU-nun təlim-tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev yeniyetmələrdə və gənclərdə sənətə, teatra, klassik ədəbiyyata sevgi aşılamağın vacibliyini vurğulayıb, təşəbbüsə və təşkilatçılığa görə, Bilik Fonduna minnətdarlığını ifadə edib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun maarifçilik missiyasından söhbət açıb. Bildirilib ki, ADPU-da dram dərnəyini yaratmaq, ADMİU-nun tələbələrinin öz həmyaşıdları qarşısında çıxış etməsi də bu missiyanın istiqamətlərindəndir.
Sonra səhnə tələbə-aktyorlara verilib. Tamaşa müəllim və tələbələrin marağına səbəb olub.
ADMİU-nun dosenti Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa növbəti dəfə Bakı Slavyan Universitetinin tələbələri və universitetin Məktəb-Lisey Kompleksinin yuxarı sinif şagirdləri qarşısında oynanılacaq.
M.Səfa həm də ADPU-də Bilik Fondunun dəstəyi ilə yaradılan "Mizan" aktyorluq dərnəyinin müəllimidir. Dərnəyin üzvü olan tələbələr hazırda M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasını səhnələşdirirlər.
Qeyd edək ki, Bilik Fondu "Auditoriya+" layihəsi çərçivəsində paytaxtla yanaşı, bölgə gənclərini də klassiklərin əsərləri ilə tanış etməyi nəzərdə tutur.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB