Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş "Beynəlxalq Təbəssüm Ordeni"nə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, mükafatın təqdimat mərasimi martın 11-də Polşada keçiriləcək.
A.Bünyadzadə nazirliyin dəstəyi ilə təqdimat mərasimində iştirak edəcək.
1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə verilən bu mükafat ötən müddət ərzində bir çox ictimai, siyasi və ədəbiyyat xadimlərinə təqdim olunub. Bu sırada azərbaycanlı aktyor Ələkbər Hüseynovun da adı var.
Qeyd edək ki, mükafat BMT Baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB