Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marek Tsalkanı qəbul edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Polşa arasında mədəniyyət, turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər görüş zamanı müzakirə edilib. Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycan ilə Polşa arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə Azərbaycan mədəniyyəti və memarlığında Polşa mədəniyyət xadimlərinin rolu mövzusunda fikir mübadiləsi aparılıb.
Nazir müavini Polşa səfirliyinin nümayəndələrinə 25-27 apreldə Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə dəvət olunan Polşa rəsmilərinin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini vurğulayıb.
Qeyd edək ki, səfir Marek Tsalka tərəfindən səmimi qəbula görə nazir müavininə təşəkkür bildirilib, həmçinin, Polşa–Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB