Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən "İstedad Mərkəzi"nin konsert proqramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərkəzin direktoru xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə Bakı şəhəri uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin ifasında F.Şopen, P.Çaykovskiy, D.Kabalevskiy, A.Məlikov və C.Cahangirov kimi milli və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif musiqi alətlərində məharətlə ifa edən uşaqlar və gənc vokal ifaçıları konsert proqramına xüsusi rəng qatıb.
Qeyd edək ki, "İstedad Mərkəzi" 2014-cü ildən uğurla fəaliyyət göstərir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB