Qusarda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusarda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusar rayon Uşaq incəsənət məktəbində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən məktəbin direktoru Reyhan Bağışova Azərbaycan tarixində baş vermiş ən dəhşətli və insanlığa sığmayan soyqırım haqqında danışıb. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbir məktəbin müəllim və şagirdlərin ifasında həzin musiqinin səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, sonda "Xocalı faktlar" sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə