XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı hər il ölkəmizdə dərin hüznlə, böyük sayğı və ehtiramla yad olunur. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, ölkənin aparıcı tədris müəssisələri, əlaqədar dövlət qurumları və gənclər təşkilatları bu faciə haqqında bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yetişən gənc nəslə öyrədilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Mingəçevir Turizm Kollecində də hər il Xocalı faciəsi yad olunur, faciənin ildönümünə həsr olunan müxtəlif tədbirlər keçirilir. Bu il də Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə kollecin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib. Şöbələrin və tələbə-gənclər təşkilatının, müəllimlərin və tələbələrin iştirakı ilə debatlar, disıkussiyalar təşkil olunub, hadisənin canlı şahidləri ilə görüşlər keçirilib, kitab və rəsm sərgiləri düzənlənib, nümunəvi açıq dərslərdə Xocalı faciəsindən bəhs edən müzakirələr aparılıb. Eyni zamanda kollecin əsas tədris korpusunda təşkil olunmuş stend və guşələrdə ayrı-ayrı qruplar tərəfindən tərtib olunmuş divar qəzetləri və plakatlar nümayiş olunmaqdadır. Tələbələr arasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş inşa yazı, rəsm və əl işləri müsabiqələri də öz aktuallığı ilə diqqət mərkəzində olub.
Bununla əlaqədar bu il tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişib. Pedaqoq və tələbələrin iştirakı ilə "Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətdir" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Konfransı açıq elan edən Mingəçevir Turizm kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən himayədarlarının köməyi ilə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətləri bəşəriyyət tarixində indiyədək baş vermiş ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. Məşhur elm adamı faciə ərəfəsində Qarabağ bölgəsində mövcud olmuş hərbi-siyasi vəziyyəti qısaca təhlil edib. Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırladıb. Daha sonra konfrans iştirakçılarına Xocalı Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda pedaqoqlar Eldar Dərişov, Xəyalə Abbasova, Məleykə Vəliməmmədova, Bəsti Qurbanova və Tural Kərimov müvafiq olaraq "Xocalı faciəsinin dünyaya tanınmasında Heydər Əliyevin rolu", "Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir", "Azərbaycan hərbçiləri tərəfindən Xocalı aeroportunun mərdliklə müdafiə edilməsi", "Xocalı soyqırımı xalqımızın tarixi faciəsi və qan yaddaşımızdır", "Xocalı soyqırımının dünya dövlətlərinə tanıtdırılması istiqamətində gənclərin rolu" mövzuları üzrə maraqlı məruzələr səsləndirib.
Daha sonra konfrans kollecin bədii özfəaliyyət qrupu tərəfindən hazırlanmış və Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirilib.
Qeyd edək ki, konfransa yekun vuran prof. Əyyub Əyyubov gələcəkdə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində pedaqoq və tələbələrin önəmli rolu ola biləcəyini xatırladaraq hər kəsi fəallıq və vətənpərvərlik örnəyi nümayiş etdirməyə dəvət edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB