Nizami Kino Mərkəzi Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə fevralın 26-da repertuarına dəyişiklik edəcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya bildirilib ki, həmin gün yalnız rejissor Vahid Mustafayevin "Xoca" filmi nümayiş olunacaq. Həmçinin, Xocalı soyqırımına həsr olunmuş kino axşamı keçiriləcək.
Kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan "İlk komandir", "Xocalının zamini" və "Pəhləvan komandir" sənədli filmləri nümayiş olunacaq.
Qeyd edək ki, "İlk komandir" və "Pəhləvan komandir" filmlərinin rejissoru Nizami Abbas, "Xocalının zamini" filminin rejissoru isə Zamin Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB