Dünya şöhrətli italyan yazıçısı Umberto Eko vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İtaliyanın Alessandriya şəhərində dünyaya göz açan yazıçı müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. Ona dünya şöhrəti qazandıran əsəri "Gülün adı" romanı olub. Həmçinin, yazıçı "Fukonun rəqqası" (1988), "Bir gün əvvəlki ada" (1994) və digər məşhur əsərlərin müəllifidir. Onun son romanı "Sıfır sayı" 2015-ci ildə işıq üzü görüb.
U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.
Qeyd edək ki, yazıçı 84 yaşında öz mənzilində dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB