Nəriman Həsənzadənin yubileyi ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Elektron kitabxanada xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi ilə əlaqədar "Bir şair ömrünü yaşatmaq üçün, bir insan ömrünü girov qoymuşam" adlı tədbir keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində dəyirmi masa baş tutub. Çıxışlarda şairin həyat və yaradıcılığından geniş söhbət açılıb, qeyd olunub ki, Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir. Ümumtəhsil məktəblilərinin, kitabsevərlərin iştirakı ilə keçirilən "dəyirmi masa" da bildirilib ki, Nəriman Həsənzadə poeziyası oxucuda dərin maraq oyadan poeziyadır. Tədbirdə çıxış edən kitabxananın əməkdaşı şairin gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinə köçürərək daim axtarışda olduğunu iştirakçıların nəzərinə çatdırıb. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman Həsənzadənin nəyə qadir olduğunu yaxşı anlayır. Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 85-ci ilini tamamlamaqdadır. Öz sözləri ilə desək: "İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş."
Bir şair ömrünü yaşatmaq üçün
Bir insan ömrünü girov qoymuşam,
misraları ilə Nəriman müəllim 85 illik ömründə qazandığı bu keyfiyyətlərlə bu nuru daşımış, çətin, ağır, şərəfli yaradıcılıq yükünü sənətin pillələri ilə məxsus olduğu yüksəkliyə qaldıra bilib. Tədbirdə həmçinin, QHT-nin Uşaq və Gənclər Xeyriyyə Fondunun sədri İbrahimov Nəbi və Qələbə redaksiyasının jurnalisti Əzizağa Məmədli çıxış edərək şair haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda şairin şəxsi həyatı haqqında "Bir sevgi tarixçəsi" adlı videoçarx nümayiş olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB