Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimatı oldu Foto

Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimatı oldu Foto

Görkəmli fırça ustası, Xalq Rəssamı Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində sənətkarın karikaturalarından ibarət kataloqun təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən SİA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva S.Bəhlulzadənin zəngin yaradıcılığından danışıb. Qeyd olunub ki, görkəmli rəssam Azərbaycan rəngkarlığında yeni üslub yaratmış nadir sənətkarlardandır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın tərtib etdiyi kataloqda rəssamın karikaturaları toplu şəklində verilir.

Tədbir iştirakçıları S.Bəhlulzadənin ev-muzeyinin ekspozisiyası və rəssamın karikaturalarından ibarət sərgi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə