Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Şəhər və teatr" mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Universitetdən SİA-ya verilən xəbərə görə, martın 4-də baş tutacaq konfransın məqsədi şəhər və teatr əlaqələrini təhlil etmək, bu mövzunun tarixi ənənəsini araşdırmaq, şəhərin infrastrukturunda teatrın tutduğu yeri və daşıdığı funksiyaları araşdırmaq, mövzunun kulturoloji, fəlsəfi və sosial aspektlərini şərh etməkdir.
Qeyd edək ki, tədbir həmçinin, müasir Azərbaycan teatr düşüncəsinin gələcək inkişaf istiqamətləri ilə fikir mübadiləsi məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB