“Pinokionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib FOTOLAR
Gəncə Dövlət Kukla Teatrında italyan yazıçısı Karlo Kollodinin "Pinokionun sərgüzəştləri" tamaşasının premyerası keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Xudayət Əsgərov, quruluçu rəssam teatrın baş rəssamı Əntiqə Bədirova, rəssam Sara Məmmədovadır.
Pinokio obrazını aktyor Elmar Vəliyev, Cepetto ata obrazını isə aktyor Səməd Xanəhmədov ifa edir. Respublikanın əməkdar artisti Nağəddin Məmmədov, aktrisa Nahidə Namazova, Yeganə Məmmədova, Nərmin Şərifova da bu tamaşada rol almışlar. Səhnə əsərində canlı aktyor oyunu ilə kukla aktyorların sintezi yaradılıb, həmçinin, rəngarəng işıq effektlərindən və musiqilərdən istifadə olunub.
Qeyd edək ki, tamaşa 2016-cı il fevral ayının 16-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB