Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni irs və tarixi abidələrimizin təbliği" mövzusunda baş tutan müsabiqənin qalibi olmuş "Gələcək Naminə" vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin "Azərbaycanı kəşf et" – abidələrimiz milli sərvətimizdir! adlı layihəsi həyata keçiriləcəkdir. Nazirlikdən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində fevralın 6-7-də Qazax rayonunun, 13-14-də isə Quba rayonunun muzey və tarixi abidələrinə ekskursiyalar təşkil olunacaqdır. Eyni zamanda, Qazax və Quba rayonlarının Mədəniyyət mərkəzlərində təlimlərin təşkil olunması, mədəni irs abidələri haqqında tədbir iştirakçılarının məlumatlandırılması, tarixi abidələr haqqında nəşr olunmuş buklet və cib təqvimləri paylanması nəzərdə tutulub.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan gəncliyinin inkişaf etdiyi bir dövrdə bu inkişafa dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara Azərbaycançılıq ideologiyasını aşılamaq, həmçinin, bu yolda mövcud problemlərin, maneələrin qismən aradan qaldırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB