Bu gün Kristian Beylin doğum günüdür FOTOLAR

Bu gün Kristian Beylin doğum günüdür FOTOLAR

Bu gün məhşur aktyor Kristian Beylin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, o, 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq, məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və ona "Ağıldan kəm" pyesində rol almağı təklif edib. Tezliklə, balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər.

Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino, elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi olub. Bu filmdəki roluna görə, Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb.

Artıq növbəti ildə o, Şekspirin "V Henrix" əsərinin Kennet Brana tərəfindən ekranlaşdırılmış versiyasında, eləcə də "Xəzinələr adası" televiziya filmində oynayıb. 1992-ci ildə aktyorun karyerasında yeni mərhələ başlayıb. Bu vaxtdan etibarən, o, sırf yetkin adam rolları oynayıb. "Qəzet paylayan" musiqili komediyası bu qəbildən olan ilk film idi. Bunun ardınca o, "Yellənən uşaqlar" və üç Oskar mükafatı nominantı olmuş "Kiçik qadınlar" filmlərinə çəkilib.

Sonra aktyor "Pokahontas" cizgi filminin səsləndirilməsində iştirak edib. Səsləndirmə sahəsində o, özünü 2005-ci ildə də sınaqdan keçirib. Bu, "Gəzən qəsr" məşhur yapon animasiya filminin Amerika versiyasının çıxdığı zaman baş verib. Kristofer Nolanın "Betmen: Başlanğıc" filmi Kristian Beyli dünyanın birinci dərəcəli məşhur aktyorlarının sırasına daxil edib. 2009-cu ildə "Terminator: Qurtuluş" filminə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə