Azərbaycan Respublikası Prezidentinin "2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında" Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 1-5 fevral tarixində Bakı və Gəncə şəhərlərində "Gəncliyin səsi" adlı festival keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
Qeyd edək ki, festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB