Səyyar görüşlər başlayıb

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin 2016-cı ilin iş planına uyğun olaraq Respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə əməli-metodiki kömək göstərmək və yeni tədris proqramlarının təqdim olunması məqsədilə Mərkəzin nümayəndələri 21-23 yanvar 2016-cı il tarixlərində Quba, Qusar, Xaçmaz rayonlarına ezam olunmuşlar. SİA-nın verdiyi məlumata görə, Mərkəzin əməkdaşları musiqi və incəsənət məktəblərində tədrisinin təşkili, ixtisas və nəzəri fənlərin aparılması metodikası, tədris prosesinin mövcud normativ sənədlərə uyğunluğu, məktəbin sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olmuş və bu istiqamətdə zəruri metodiki tövsiyələrini vermişlər.

Müəssisələrin kollektivləri ilə görüşlərdə Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev müasir dövrdə Bədii təhsilin inkişafının əsas prioritet istiqamətlərindən, təhsil sahəsində aparılan islahatlardan, dövlətimizin bu sahəyə diqqətindən, bütün sahələr kimi, Bədii təhsil işçilərinin əməyinin diqqət mərkəzində olmasından danışmışdır. O, qeyd etmişdir ki, təhsilin yenidən qurulması, gənc istedadların dəstəklənməsi, onların yaradıcılıq imkanlarının genişləndirilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.

Məktəblərə müxtəlif ixtisaslar üzrə yeni tərtib olunmuş tədris proqramları, metodiki işləmələr və digər vəsaitlər təqdim olunmuş, tədris proqramlarında olan yeniliklərdən, yeni metodoloji təlim üsullarından danışılmışdır.

Musiqi təhsili sistemində azalmaqda olan kamança, balaban, qanun ixtisaslarının tədrisinin gücləndirilməsi, bu sahədə olan təbliğat işlərinin aparılmasının vacibliyi qeyd edilmişdir. Bununla yanaşı, musiqi və incəsənət məktəblərinin mədəniyyət mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, orta ümumtəhsil məktəbləri ilə əlaqələrin inkişaf etdirilməsinin zəzuriliyini qeyd olunmuşdur.

Görüşlərdə məktəb direktorları və müəllimlərlə söhbətlər aparılaraq hansı dərsliklər və metodiki vəsaitlərə ehtiyac olduğu öyrənilmişdir. Qeyd olunmuşdur ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz il ərzində məktəblərdə tədrisin keyfəyyətinin yüksəldilməsi istiqamətində yeni metodoji üsullarla online ustad dərslərinin keçirilməsini planlaşdırmışdır. Bununla yanaşı, yeni tədris proqramlarının, metodiki vəsaitlərin hazırlanması haqqında, həmçinin nəzərdə tutulan Respublika müsabiqə və festivallar, onların şərtləri haqqında məlumatlar verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə