“Qızıl toy” operettası yenidən səhnədə

“Qızıl toy” operettası yenidən səhnədə

Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Qızıl toy" operettası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 22-də olacaq tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.

Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Tamaşada rolları əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Əliməmməd Novruzov, Yulya Heyderova və başqaları ifa edəcək.

Qeyd edək ki, vətənə məhəbbət hisslərini tərənnüm edən əsər ilk dəfə 1980-ci ildə rejissor Rafiq Atakişiyevin quruluşu ilə tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə