“ASAN Könüllüləri” “Qanlı Yanvar” filmini izləyiblər FOTOLAR
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar rejissor Vahid Mustafayevin "Qanlı Yanvar" filmini izləyiblər. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayişdən öncə, tədbirdə iştirak edən "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək belə mövzulu filmlərin gənc nəslə örnək olduğunu və onlarda vətənpərvərlik ruhunun formalaşmasında böyük rol oynadığını söyləyib. "Qanlı yanvar" filmi sovet ordusunun törətdiyi qırğını və o qanlı gecə baş verənləri Azərbaycan ailəsi olan - Nərimanovların gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası - Xədicə dayanıb.
Filmdə rolları Nəbahat Çehrə, Leyn Deyvis, Yuri Balıyev, Azər Aydəmir, Faiq Mirzəyev, Mina Seyid-Məmmədova, Mina Sovetski, Tamilla Həmidova. Rövşən Məmmədov, Vüqar Vəlixanov və başqa aktyorlar ifa ediblər.
Qeyd edək ki, Nizami Kino Mərkəzində "Qanlı Yanvar" filmi gün ərzində pulsuz nümayiş olunub.
.jpg)
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB